VAKANSİYA

16 Fevral

Keyfiyyət nəzarət üzrə mütəxəssis - VAKANSİYA

"Amal Group" şirkəti keyfiyyət nəzarət üzrə mütəxəssis vəzfəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

Layihələrdə tətbiq edilmiş KN sistemlərin tələblərə uyğunluğunu yoxlamaq

Layihələrdə tətbiq edilmiş KN sistem nəticələrinin uyğunluğunu yoxlamaq

Layihələrdə tətbiq edilmiş KN sisteminə dair sənədləri yoxlamaq və təsdiqləmək

Layihələrdə aparılan sənədləşmənin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq

Layihələrdə yerinə yetirilən işlərin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq

Layihədə istifadə edilən material və avadanlıqların layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq

Layihələrdə yoxlama vaxtı aşkarlanmış uyğunsuzluqları sənədləşdirmək, aradan qaldırılmasını yoxlamaq

Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması

Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək

İş qrafiki:

Bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəhəri, Novxanı

Yaş həddi: 30-45

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Mebel sahəsində işləyənlərə üstünlük verilir.

Əlaqə: [email protected]