VAKANSİYA

23 Dekabr

\"Azərbaycan Beynəlxalq Bankı\" işçi axtarır – VAKANSİYA

Bakı 23 dekabr Fins.az

Azərbaycan Beynəlxalq Bankı Partnyorlarla iş departamentinə Birbaşa satışlar üzrə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

- Sahə üzrə bazar analizi etmək;
- Nağd kreditlər, Əmək haqqı və Taksit kartlarının birbaşa satışı;
- Qoyulan satış hədəflərinin icrası;
- Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
- Hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.

Bizim üçün ideal namizəd:

- Ali təhsilli;
- Müştərilər ilə üzbəüz işləmə bacarığı olan;
- Təqdimat bacarığı olan;
- Yaradıcı və innovativ;
- Satış bacarığı olan;
- Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
- Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
- Xarici dil bilklərinin olması üstünlükdür.

Bu iş sizə nələri qazandıracaq:

- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Birbaşa satışlar üzrə mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.