TURİZM

10 Dekabr

2024-cü ildə hava yollarının gəlirlərində rekord gözlənilir

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hava nəqliyyatı sənayesində gələn il rekord satış və sərnişin sayının proqnozlaşdırıldığını bildirib.

Fins.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) verdiyi açıqlamada qlobal hava nəqliyyatı sənayesinin gəlirlərinin gələn il bu illə müqayisədə 7,6 faiz artaraq 964 milyard dollarlıq rekord səviyyəyə çatmasının gözlənildiyi qeyd edilib.

Hava yolu sənayesinin bu il xalis mənfəətinin 23,3 milyard dollara çatacağı təxmin edildiyi, gələn il isə sözügedən mənfəətin 25,7 milyard dollara çatmasının gözlənildiyi qeyd edilib. Sektorun xalis mənfəət marjasının bu il 2,6 faiz, 2024-cü ildə isə 2,7 faiz olacağı gözlənilir.

Açıqlamada qlobal səviyyədə xalis gəlirliliyin hər iki ildə kapitalın dəyərindən xeyli aşağı olduğu təxmin edildiyi və maliyyə göstəricilərində əhəmiyyətli regional fərqlərin davam edəcəyi vurğulanıb.

Günel Məlikzadə
Fins.az