TURİZM

09 Dekabr

Türkiyənin görkəmli Tortum şəlaləsi

"Türkiyənin 11-ci sakit şəhəri" seçilən Uzundərə rayonunda yerləşən Tortum şəlaləsi qışa baxmayaraq mənzərəsi ilə valeh edir. 

Fins.az xəbər verir ki, Ərzurumun gözəlliklərindən biri olan Tortum şəlaləsi qış aylarına qədəm qoyduqca görkəmi ilə insanların diqqət mərkəzində olmağa davam edir.

Ərzurum şəhər mərkəzində qar və soyuq təsirli olsa da, 106 kilometr uzaqlıqdakı Tortum şəlaləsində bahar günləri var. Uzundərə rayonunda yerləşən təbiət möcüzəsi hər il on minlərlə ziyarətçiyə ev sahibliyi edir. Maraqlısı isə odur ki, şəlalə ətrafında fermerlər ot biçirlər.

Günel Məlikzadə
Fins.az