TENDER

15 Aprel

Rabitəbank TENDER elan edir

"Rabitəbank" ASC Naxçıvan filialının şəbəkə (video müşahidə, yanğış siqnalı, UPS və şəbəkə xətləri) işləri ilə bağlı tender elan edir. Tenderin texniki şərtləri, layihəsi və smetası haqqında ətraflı məlumat əldə etmək üçün [email protected] və [email protected] elektron ünvanlarına və ya + 994 51 271 48 48 nömrəsinə müraciət edə bilərsiniz.

Sorğunu əldə etdikdən sonra təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmək, aidiyyatı tenderin adını qeyd etmək və 25.04.2024-cü il tarixi saat 12:00-a kimi "Rabitəbank" ASC-nin Satınalmalar şöbəsinə, Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməniz xahiş olunur.

Qeyd:

• İcra müddəti təklifdə mütləq qeyd edilməlidir.

- Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq).

- Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olanlar, eləcə də qeyd olunan sahə ilə bağlı lisenziyası olanlar müraciət edə bilərlər.

- Tövsiyə məktublarını da göndərmək lazımdır.

- Yeni sistem qurularkən köhnə sistem də işləməlidir.