BAZAR

29 Noyabr

Bu il Türkiyə limanlarından 60 milyon ton neft məhsulu daşınıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 60 milyon 471 min 632 ton neft məhsulu daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, daşınan yüklərin 3 milyon 848 min 361 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 56 milyon 623 min 271 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

Nazirlikdən verilən məlumata görə, bu dövr ərzində Türkiyə limanlarından tranzit olaraq 536 min 9 ton neft məhsulu daşınıb.

2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 474 min 937 ton, digər ölkələrin bayraqları altında isə 30 milyon 180 min 412 ton yük daşınıb.

Oktyabr ayında, həmçinin 5 milyon 742 min 347 ton transit yük Türkiyə limanlarından daşınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton, digər ölkələrin bayraqları altında isə 306 milyon 255 min 581 ton olub. Bu müddət ərzində 57 milyon 567 min 755 ton transit yük daşınıb.

Bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib. Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı 1 min 945, digər ölkələrin bayraqları altında isə 3 min 451 gəmi olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib. Bu müddət ərzində 33 min 584 gəmi digər ölkələrin bayraqları altında, 18 min 129 gəmi isə Türkiyə bayrağı altında olub.

Fuad Mədətov
Fins.az