Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini aprelin 6-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 10 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 6-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az