"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımı mal-materialların satın alınması üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 1000 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 9900013961
Satınalan təşkilatın ünvanı: Binəqədi rayonu, Biləcəri qəs., Y.Hüseynov küçəsi 45
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Fins.az