TENDER

22 Yanvar

Dərman preparatlarının və sarğı materiallarının satın alınması - TENDER

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi dərman preparatlarının və sarğı materiallarının satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 1000 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1400421021
Satınalan təşkilatın ünvanı: Ceyhun Hacıbəyli küçəsi 16 və 18.

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.02.2024 12:00.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az