Naxçıvan MR Daxili İşlər Nazirliyi təsərrüfat mallarının satın alınması üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 0200144771
Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhəri, Nizami küçəsi 32.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.02.2024 16:00.
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Fins.az