TENDER

10 Yanvar

İKT avadanlıqları və ehtiyat hissələrinin satın alınması - TENDER

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları və ehtiyat hissələrinin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri isə şərtlər toplusuna əsasən həayata keçirilir.

Satınalan təşkilatın VÖEN-i: 1603326271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti 134

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.01.2024 11:00

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az