TENDER

29 Dekabr

Tam təchizatlı təmir və tamamlama işlərinin satın alınması - TENDER

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 1500 manatdır və bunun ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.

Satınalan təşkilatın VÖEN-i: 5200287501
Satınalan təşkilatın ünvanı: Zəngilan rayonu, Zəngilan şəhəri

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az