TENDER

29 Dekabr

Yanğına qarşı mühafizə sistemlərinin satın alınması - TENDER

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Nüvə Tədqiqatları Departamentinin inzibati binalarında yanğına qarşı mühafizə sistemlərinin satın alınması üzrə tender elan olunur.

Fins.az xəbər verir ki, iştirak haqqı 150 manatdır və bunun ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.

Satınalan təşkilatın VÖEN-i: 1308009551
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Atatürk prospekti 89, AZ1069

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az