TENDER

27 Dekabr

Profilaktiki dezinfeksiya işlərinin satın alınması - TENDER

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il üçün nazirliyin inzibati binasında profilaktiki dezinfeksiya işlərinin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 100 manatdır və bunun ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.

Satınalan təşkilatın VÖEN-i: 1300032591
Satınalan təşkilatın ünvanı: AZ1073, Bakı şəhəri Kazım Kazımzadə küçəsi 100A.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az