TENDER

25 Dekabr

Bank VTB (Azərbaycan) TENDER elan edir

Bank VTB (Azərbaycan) ASC-nin yaradıcı dizayn konsepsiyasının yaradılması və həyata keçirilməsinə dair açıq tender elan edir.

Bu barədə Fins.az-a bankdan məlumat verilib.

Məlumata görə, tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və iş təcrübəsinə.

Tender təklifləri 30.12.2023-cü il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə Tender Komitəsi.

Əlaqələndirici şəxs: Farana Heydərova

Telefon: 492-0080 (daxili nömrə 5517)
Mob. tel.: 055-201-60-59
Faks: 012 437-7121

Fuad Mədətov
Fins.az