“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması işlərinin satın alınması üzrə tender elan edib.
Fins.az xəbər verir ki, iştirak haqqı 1500 manatdır və bunun ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Fins.az