TENDER

04 Aprel

Dövlət Agentliyi şəkərli diabet xəstəliyi ilə bağlı 5 milyon manatlıq dərman alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəkərli diabet xəstəliyi üzrə tibbi ləvazimat və sərfiyyat malları”nın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Keşəli" MMC-dir.

Qalib şirkətə 4,835 milyon manat ödəniləcək.