SOSİUM

21 May

Eyfel qülləsi ziyarətçilər üçün bu tarixdə yenidən açılır

Eyfel qülləsi koronavirus pandemiyası səbəbindən olan 9 aylıq fasilədən sonra 16 İyul tarixində ilk ziyarətçilərini qəbul edəcək.

Bu barədə qüllənin istismarından cavabdeh olan şirkətin saytında bildirilir.

Davam edən epidemiya səbəbindən bu yay qülləyə buraxılan ziyarətçi sayı məhdud olacaq. Eyfel qülləsini gündə maksimum 10 min müsafir ziyarət edə biləcək. Bildirilir ki, pandemiyaya qədər bu say təxminən 25 min təşkil edib.