SOSİUM

03 Sentyabr

"Uşaqpulu" ilə bağlı işçi qrup yaradılmayı MİLLİ MƏCLİSDƏN AÇIQLAMA

Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaqpulu" məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a bildiriblər ki,  bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.

“Qeyd olunur ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”, - deyə məlumatda vurğulanıb.