SƏNAYE

15 Mart

Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb

Hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib.

Fins.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb.

“Və gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaqdır. Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir.

Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Stansiyası istismara verilib.

2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Memorandum imzalanıb”, - deyə Baş nazir əlavə edib.