SƏNAYE

09 İyul

Azərbaycanın nə qədər qaz hasil etdiyi AÇIQLANIB

Bu ilin ilk yarısında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11%-dən çox, yəni 2 mlrd. kubmetrə yaxın artımla 19,3 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, qaz hasilatının 6,3 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından, 9,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.

Məlumata əsasən, SOCAR üzrə bu dövrdə 3,6 mlrd. kubmetr qaz hasil olunub.