MARKETİNQ

03 İyul

PlayStation Plus yeni oyunları açıqlayıb

"PlayStation Plus" xidməti hər ay yeni oyunlar təqdim edərək abunəçilərini məmnun etməyi bacarır.

Fins.az "CNN"ə istinadən xəbər verir ki, iyul ayının sevimli oyunları arasında ən diqqət çəkən "Call of Duty: Black Ops Cold War" oyunudur.

Digər oyun "Alan Wake Remastered"dir. İyul ayında "PlayStation Plus" abunəçilərini gözləyən başqa bir oyun "Endling: Extinction Is Forever" oyunudur.

"PlayStation Plus" abunəçiləri iyul ayında bu üç oyunu pulsuz yaşamaqdan həzz alacaqlar. 

Zəminə Hüseyn
Fins.az