MARKETİNQ

19 Avqust

Tesla-nın 25000 dollara satılacaq ən büdcəli elektromobilinin prototipi artıq hazırdır

Tesla şirkətinin 25.000$ qiymətində olacaq ən büdcəli elektromobilinin prototipi artıq hazırdır.

Fins.az "Technote"a istinadən bildirir ki, Çin bloqlarında yazılan məlumata əsasən, Şanxaydakı dizayn mərkəzində yaradılıb və hazırda testlərdən keçir.

Lakin elektromobilin tez zamanda istehsalat prosesinə keçidi mümkün olmayacaq. Yeni elektromobil yeni formatda olan batareyalar əsasında qurulub və həmin batareyaların istehsalatında problemlər yaşanır. Tesla üçün 4680 formatlı yeni batareyaların istehsalı ilə LG Energy SolutionSamsung SDI və Panasonic şirkətləri məşğul olacaq.