İDMAN

22 Aprel

\"Sabah\" \"Kəpəz\"ə, \"Səbail\" \"Araz-Naxçıvan\"a qalib gəldi

Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

Fins.az xəbər verir ki, son gündə 9-cu yerdə qərarlaşan "Kəpəz" 5-ci pillədəki "Sabah"ı qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə 8-ci yerdəki "Araz-Naxçıvan" öz meydanında 7-ci pillədəki "Səbail"lə qarşılaşıb. Bu oyunda da qonaqlar qələbə qazanıb. "Səbail" rəqibini 2 cavabsız qolla üstələyib. Şahin Diniyevin komandası bu qələbə ilə xallarını 43-ə çatdırıb və 6-cı pilləyə yüksəlib.