İDMAN

12 Mart

Can Uzun transfer olur

Adı transfer söz-söhbətlərində hallanan və Türkiyə klublarına da yazılan Can Uzunun yeni ünvanı formalaşır.

Fins.az “Bild”in məlumatına istinadən xəbər verir ki, Can Uzun bazar ertəsi Frankfurt-un “Ayntraxt” komandasının sağlamlıq yoxlamasından keçib.

Türkiyə milli futbolçusunun transfer qiymətinin təxminən 10 milyon avro olduğu xəbərlərdə ətraflı məlumat verilmişdi. Gənc futbolçu yeni mövsümdən Frankfurt “Ayntraxt”ında çıxış edəcək.

Can Uzun bu mövsüm Bundesliqa 2-də 22 matçda 13 qol vurub, 1 məhsuldar ötürmə edib.

Nürnberg İdman Direktoru Dieter Hecking ötən gün Can Uzun haqqında verdiyi açıqlamada, "Onu Nürnberqdə saxlamaq istərdik, amma təəssüf ki, futbol dünyası fərqlidir. Onu istəyən klubların olduğunu təxmin edə bilərsiniz" dedi.

Günel Məlikzadə
Fins.az