İDMAN

12 Mart

"Fənərbaxça" - "Union Sen Gilua" matçının hakimi bəlli olub

Avropa Konfrans Liqasında " Fənərbaxça" - "Union Sen-Gillua " matçının hakimi bəlli olub.

Fins.az xəbər verir ki, UEFA-dan verilən açıqlamada matçın Monteneqro ilə oynanılacağı bildirilib. Onu Futbol Federasiyasından Nikola Dabanoviçin idarə edəcəyi bildirilib.

Dabanoviçin köməkçiləri eyni federasiyadan Vladan Todoroviç və Srdan Yovanoviç olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Mios Boskoviç yerinə yetirəcək.

Qarşılaşmada VAR-da Karlos del Cerro Qrande və Fran Yoviç iştirak edəcək.

Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasında son 16 turun revanş oyununda "Fənərbaxça"nın "Union Saint-Gilluaz"ı qəbul edəcəyi matç martın 14-də oynanılacaq və matç saat 21.45-də başlayacaq.

Qarşılaşmanın ilk matçında Fənərbaxça 3-0 qalib gəlib. Sarı-göylərin qollarını Mişi Batshuayi, Jayden Oostervolde və Duşan Tadiç vurub.

Günel Məlikzadə
Fins.az