İDMAN

07 Mart

Alperen Şengündən daha bir rekord

NBA-nın Qərb Konfransında iştirak edən iki komandanın üz-üzə gəldiyi matçda Houston Rockets Los Angeles Clippers-i qəbul edib.

Fins.az xəbər verir ki, rəqibinə 122-116 hesabı ilə uduzan Hyuston Rockets mövsümdə 35-ci məğlubiyyətini aldı.

Houston Rockets-də çıxış edən milli basketbolçu Alperen Şengün matçı tripl-doblla tamamlasa da, bu performans qələbəyə kifayət etməyib.

Ötən gün NBA-da San Antonio Spurs ilə qarşılaşmada dubl-dabl edən və 45 xalla karyera rekordu qıran Alperen Şengün, Clippers matçını 23 xal, 19 ribaund və 2 top çalma ilə tamamladı.

“Klippers”ə qarşı 14 məhsuldar ötürmə edən Alperen Şengün karyerasında ən çox ötürmə etdiyi matçı geridə qoyub.

Qeyd edək ki, bu mövsüm "Houston Rockets"də 61 oyun keçirən Alperen Şengün hər oyunda 32,5 dəqiqə meydanda qalıb.

Alperen bu matçlarda orta hesabla 21,3 xal, 9,4 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Günel Məlikzadə
Fins.az