İDMAN

06 Mart

NBA tarixinə düşən performans

NBA- da Houston Rockets San Antonio Spurs-u 114-101 hesabı ilə məğlub edib. Türkiyə Milli basketbolçusu Alperen Şengünün statistikası matça damğasını vurub.

Fins.az xəbər verir ki, qarşılaşmanı 45 xal, 16 ribaund, 3 asist, 5 top çalma və 1 blokla tamamlayan Alperen Şengün bir çox rekordlar qırıb.

Xal və top oğurluğu ilə karyera rekordunu qıran Alperen Şengün NBA tarixində 45+ xal, 15+ ribaund və 5+ top çalma sayına çatan ən gənc oyunçu oldu.

Digər tərəfdən Alperen Şengün 45 xalla NBA-da ən çox xal toplayan türk basketbolçu adını qazanıb. Bundan əvvəlki rekord 43 xalla Mehmet Okura məxsus idi.

Nəhayət, Alperen Şengün Houston Rockets-in mərkəzinin Yao Mingdən sonra ən çox xal topladığı oyunu üstələyib.

Günel Məlikzadə
Fins.az