İDMAN

06 Mart

"Fənərbaxça"nın "Union Saint Gilloise" matçı üçün düşərgə heyəti açıqlanıb

Konfrans Liqasının son 16 turunun ilk matçında Belçikanın Union Saint Gilloise komandası ilə qarşılaşacaq Fənərbaxçanın düşərgə heyəti dəqiqləşib.

Fins.az xəbər verir ki, sarı-göylü komandadan verilən açıqlamaya görə, zədəli olan Rodriqo Bekao, Coşua Kinq və İrfan Can Kahveci düşərgə heyətində yer almayıb.

Serdar Əziz, Mert Müldür və Serdar Dursun adları UEFA-ya bildirilmədiyi üçün "Fənərbağça"nın "Union Saint Gilloise" matçı üçün düşərgə heyətinə daxil edilməyib.

Fənərbaxçanın paylaşımı:

Union Saint-Gilloise matçı üçün düşərgəmizin heyəti. #UECL #USGvFB pic.twitter.com/K1ALQzL8yq

— Fenerbahçe SK (@Fenerbahce) 6 mart 2024

Günel Məlikadə
Fins.az