İDMAN

05 Mart

Super Liqada ən az qol buraxan komanda

Trendyol Super Liqasının lideri "Qalatasaray" müdafiədəki uğurlu çıxışı ilə bu sahədə Avropanın zirvəsindədir. 

Fins.az xəbər verir ki, "Qalatasaray" Superliqadakı matçların 85,71 faizində qalib gəlib və hər matçda orta hesabla 2,6 xal qazanıb.

Bu performansla sarı-qırmızılı komanda 28-ci həftədən etibarən liqa tarixinin ən uğurlu komandası oldu.

Bu çıxışda “Qalatasaray”ın yaxşı müdafiəsi əsas amil kimi diqqət çəkdi.

Geridə qalan mövsümdə cəmi 15 qol buraxan məşqçi Okan Burukun tələbələri liqada ən az qol buraxan komanda olub. Sarı-qırmızılılar hər matçda 0,53 qol buraxıb.

Sarı-qırmızılar Super Liqa matçlarının yüzdə 53-də qol buraxmayıb. "Qalatasaray" Superliqadakı 28 matçın yalnız 13-də qol buraxıb, qalan 15 matçda isə qapısını təmiz saxlayıb.

Sözügedən qarşılaşmaların 14-də Fernando Muslera, birində isə Günay Güvenç qapını qoruyub.

Günel Məlikzadə
Fins.az