İDMAN

31 Yanvar

Koronavirus futbola da təsir göstərdi: Bütün liqalar təxirə salındı

Çində yayılan koronavirus səbəbilə ölkədəki bütün futbol liqaları müddətsiz olaraq təxirə salınıb.

Bu barədə “Haber Global” informasiya yayıb.

Çin Futbol Federasiyasının məlumatına əsasən, ölkədə fevralın 22-də başlaması nəzərdə tutulan Süper Liqa da daxil olmaqla bütün yerli çempionatlar idmançı və azarkeşlərin sağlamlığının qorunması səbəbilə təxirə salınıb.

Qeyd edək ki, rəsmi Pekin koronavirus səbəbilə 170 nəfərin öldüyünü, xəstəliyə yoluxanların sayının isə 7711 nəfərə çatdığını açıqlamışdı.