BANK

10 May

Bankların biznes kredit portfelinin həcminə görə RENKİNQİ – I RÜB /2024

Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 1-ci rübünün maliyyə göstəricilərini açıqlayıblar.

Fins.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcminə görə renkinq siyahısında “Paşa Bank” ASC 2 817 592 min manatla ən yüksək nəticə göstərən bank olub.

İkinci ən yüksək nəticə "Azərbaycan Beynəlxalq Bank" ASC-də (2 637 473 min manat), üçüncü ən yüksək nəticə isə “Kapital Bank” ASC-də (1 391 636 min milyon) qeydə alınıb.

Siyahıda sonuncu yerdə Melli İran Bankı Bakı filialı  (425 min manat) qərarlaşıb.

“Bank Avrasiya” ASC (63 846 min manat) və “Bank VTB Azərbaycan” ASC (65 741 min manat) biznes kredit portfelinin həcminə görə ölkənin ən kiçik bankları sırasında yer alıblar.

Fins.az 2024-cü ilin 1-ci rübün bankların biznes kredit portfelinin həcminə görə renkinqini təqdim edir:

Fuad Mədətov
Fins.az