DÜNYA

29 İyun

ABŞ iqtisadiyyatı birinci rübdə 1,6% kiçilib

ABŞ iqtisadiyyatının birinci rüb üçün daralma məlumatları yüzdə 1,5-dən yüzdə 1,6-ya yenidən baxılıb.

"Fins.az" xəbər verir ki, Ticarət Nazirliyinin məlumatlarına görə, ABŞ iqtisadiyyatı birinci rübdə illik 1,6 faiz kiçildi. Əvvəlki proqnoz 1,5% azalama olması ilə bağlı idi.

Bloomberg-in sorğusuna qatılan iqtisadçılar 1,5% azalma gözləyirdilər. ÜDM-in qiymət indeksi illik 8,1 faizdən 8,2 faizə yenidən baxılıb.

Əvvəlki rübdə yüzdə 2,5 artan və iqtisadiyyatın təxminən üçdə ikisini təşkil edən şəxsi istehlak xərcləri, birinci rübdə illik müqayisədə 1,8 faiz artıb. 

ABŞ iqtisadiyyatı 2020-ci ilin ikinci rübündən bəri ilk dəfə kiçildi. İqtisadiyyat 2021-ci ilin son rübündə 6,9% güclü artım qeyd edib.

Müəllif: Aynur Qəniyeva