DÜNYA

29 İyun

Britaniya Rusiyanın ən zəngin iş adamına sanksiya tətbiq edib

Britaniya mədən sənayesində fəaliyyət göstərən rusiyalı iş adamı Vladimir Potaninə qarşı sanksiyalar elan edib.

"Fins.az" xəbər verir ki, Potaninin ümumi sərvətinin 37,1 milyard dollar olduğu bildirilir.
Məlumata görə, Britaniya hökuməti Norilsk Nikel şirkətinin rəhbəri Potaninə sanksiya tətbiq etmək qərarına gəlib.

Bloomberg Milyarderlər İndeksinə görə, 37,1 milyard dollar sərvəti olan Potanin indiyə qədər Qərbin sanksiyalarına məruz qalmayıb. Biznesmen aprel ayında Kanadanın sanksiyalar siyahısında birinci olub.

Sanksiyaların Potaninin baş direktoru olduğu dünyanın ən böyük nikel palladium və mis istehsalçısı olan Nornickel-i də hədəf alacağı məlum deyil.Bu xəbərdən sonra palladium və nikel qiymətləri qalxıb.

Potanin, Rusiyadan çıxan Fransanın Societe Generale bankından Rusiyanın Rosbank səhmlərini almaq üçün razılığa gəlib. 

Müəllif:Aynur Qəniyeva