DÜNYA

28 İyun

Aİ-də anbarların doluluq səviyyəsi 56%-i üstələyir

Avropa İttifaqında (Aİ) anbarların doluluq səviyyəsi 56%-i üstələyir.

Bunu Avropa Komissiyasının internet saytında yayımlanan Lüksemburqda keçirilən mətbuat konfransında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

"Anbarların doldurulması prosesi irəliləyir. Hazırda onların doldurulma səviyyəsi 56%-dən çoxdur. Bu, tarixi orta səviyyədən yüksəkdir", - Kadri Simson qeyd edib.