BİZNES

29 Mart

Nar+ mobil tətbiqində ciddi bir dəyişiklik ediləcək-AÇIQLAMA

Nar+ tətbiqi ilə  bağlı qeyd etmək istərdim ki, bəli həqiqətən də bu tətbiqin bizim müştərilərimiz arasında böyük bir uğur heykayəsi oldu.

"Fins.az" xəbər verir ki, bunu “Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke şirkətin 15-illiyinə həsr olunan tədbirdə çıxış edərkən deyib.

o bildirib ki, Nar+ tətbiqinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik. İstifadəçi sayı ilə bağlı böyük artım qeydə alınıb.Bununla yanaşı tətbiqin digər bir sıra xüsusiyyətlər var ki, onların üzərində işləyərək müyyən qədər təkminləşdirəcəyik.

Fikirlərinin davamında Qunnar Panke Nar + mobil tətbiqində həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklərə toxunaraq "Heç şübhəsiz ki, bizim mobil tətbiqimizdə də ciddi bir dəyişiklik olacaq. Bu dəyişikliyin necə və nədən ibarət olması barədə ətraflı məlumat vermək istəmirəm. Hesab edirəm ki, bu yenilik və dəyişikliklər həyata keçirləndən sonra müştərilərimiz üçün sürpriz olacaq,"-deyə qeyd edib.