BİZNES

28 Mart

Mikayıl Cabbarovdan yeni nəsil nəzarət kassa aparatları ilə bağlı AÇIQLAMA

Onlayn kassa üzrə dövriyyələrdə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 41,7% artım müşahidə olunub.
"Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
O fikirlərinin davaında bildirib ki, dövriyyələrin leqallaşması və təsərrüfat subyektlərinə onlayn nəzarət üçün innovativ alət olan yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi nəticəsində bu ilin iki ayı ərzində onlayn kassa üzrə dövriyyələrdə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 41,7% artım müşahidə olunub.