BİZNES

10 Avqust

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 9-da qida məhsulları sahəsində fəaliyyət göstərən 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.