BİRJA

23 Aprel

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060058 ISIN-li, 120 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.8014 (8.98%) manat və 93.1458 (7.3991%) manat olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4258 (8.24%) manat, orta ölçülmüş qiyməti isə 92.7248 (7.8892%) manat olaraq müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,140,000 manat, yerləşdirilmiş həcmi isə 53,868,600 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 22.04.2025-ci ildir.

Hərrac iştirakçıları 24 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.az