BİRJA

23 İyun

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0.1% – 33,946.71 bəndədək azalıb, SP 500 indeksi 0.37% – 4,381.89 bəndədək, Nasdaq indeksi 0.95% – 13,630.61 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyunun 22-də Almaniyanın DAX indeksi 0.22% – 15,988.16 bəndədək, FTSE 100 indeksi 0.76% – 7,502.03 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.79% - 7,203.28 bəndədək azalıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.23% dəyər itirərək 1.0931 dollara bərabər olub.