BİRJA

22 İyun

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 22-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2107024708 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə ,hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,619.0000 (8.49%) manat və 9,644.4416 (7.9%) manat olan 13 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,220,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624.0833 (8.37%) manat, orta ölçülmüş qiyməti isə 9,626.7711 (8.31%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 07.12.2023-cü ildir.