BİRJA

22 İyun

Avropada qazın qiyməti 420 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 420 ABŞ dollarını ötüb.

Fins.az xəbər verir ki, 22 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 420,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (414,1 dollar) ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.