BİRJA

01 İyun

AMB-nin Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2096024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9315.3240 (10.5%) manat və 9388.7901 (9.3%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34,890,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9328.7063(10.28%) manat, orta ölçülmüş qiyməti isə 9361.6708 (9.74%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 08.02.2024-cü ildir.