BAZAR

29 Avqust

Azərbaycanda 87,166 minton balıq və balıq məhsullarının 72%-i istehlak edilib

2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 8 kiloqram balıq və balıq məhsulları istehlak edib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il ölkədə ümumilikdə 81,442 min ton balıq və balıq məhsulları istehlak edib.

Hesabat dövrünə Azərbaycanda 87,166 min ton balıq və balıq məhsulları ehtiyatı olub ki, bunun da, 72 %-i və ya 62,722 min tonu istehsalın, 24,2 %-i və ya 21,081 min tonu idxalın, 3,8 %-i və ya 3,363 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Ötən il balıq ehtiyatlarının 1,448 min tonu qeyri-qida məhsullarının istehsalı üçün istifadə edilib, 651 ton balıq məhsulu ixrac edilib, 178 tonu isə itkiyə gedib. Son nəticədə ilin sonuna 3,447 min ton balıq məhsulu ehtiyatı yaranıb.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.

Fuad Mədətov
Fins.az