Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib.
Fins.az məlumat verir ki, onlardan 4,5 mini təkərli oturacaq (o cümlədən 148-i mühərrikli təkərli oturacaq), 1434-ü aşağı və yuxarı ətraf protezi, 1527-si eşitmə aparatı, 1602-si qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 2106 cüt protez ayaqqabı, 3581 cüt ortopedik ayaqqabı, 51 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 7 ayında ümumilikdə 8,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.
Zemfira Ms
Fins.az