1995-ci ildən 2024-cü ilin birinci I rübün sonuna qədər Azərbaycan Türkiyəyə təqribən 20 milyard ABŞ dolları,Türkiyə Azərbaycana 16 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.
Fins.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcminə görə Türkiyə 2-ci yerdə qərarlaşıb.
"Azərbaycanda 4 200-ə yaxın Türkiyə investisiyalı kommersiya qurumu fəaliyyət göstərir”,- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla-Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 620 milyon 387 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,7 % azdır.
Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının həcmi 31,9 % azalaraq 2 milyard 329 milyon 275 min ABŞ dolları təşkil edib. Azərbaycanın Türkiyədən idxalının həcmi 2,4 % azalaraq 1 milyard 291 milyon 111 min ABŞ dolları təşkil edib.