2024-cü ilin ikinci rübündə Avropa İttifaqının (Aİ) ticarət profisiti 40,4 milyard avro təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə "Kommersant" Avropa Statistik Bürosu (Eurostat) məlumat yayıb.
Məlumata görə, aprel-iyun ayları arasında Aİ-nin ixracı 650,7 milyard avro, idxalı isə 610,3 milyard avro olub.
Avropanın ticarət balansında müsbət saldo ardıcıl dördüncü rübdür ki, qorunub saxlanılır. Eurostat qeyd edir ki, bu artım, Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirlərinin aradan qaldırıldığını göstərir. Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi nəticəsində Avropa ticarəti bir müddət kəsirlə üzləşmişdi və bu kəsir 2022-ci ilin üçüncü rübündə 155 milyard avroya çataraq pik həddə çatıb.
Rusiya ilə əlaqələrin azalması fonunda, Avropa İttifaqı yeni ticarət tərəfdaşları ilə əməkdaşlığı genişləndirib və əvvəllər Rusiyaya göndərilən məhsulların ixracı digər ölkələrə yönəldilib. Bu da Aİ-nin ticarət balansında müsbət tendensiyaların yaranmasına səbəb olub.
Fuad Mədətov
Fins.az