Bu ilin yanvar-iyul aylarında Azərbaycana 460 min 645 ton buğda idxal edilib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, buğdanın dəyəri 102 milyon 620 min ABŞ dolları olub.
Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 117 min 358 ton (20,3%) və dəyər baxımından isə 62 milyon 64 min ABŞ dolları (37,6%) azalma göstərir.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95%-ni təşkil edib.
Fuad Mədətov
Fins.az