BAZAR

26 Avqust

Azərbaycan ət idxalını 26,7 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu məhsulun dəyəri 68 milyon 543 min ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalında həcm baxımından 6 min 490 ton (26,7%) artım, dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46%) artım müşahidə edilib.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az