Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 7 milyard 46 milyon 828 min ABŞ dolları dəyərində, 3 milyon 300 min 684 ton yük daşınıb.
Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6% və 8,5% artıb.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə 5 milyard 920 milyon 227 min ABŞ dolları (4,3% artım) dəyərində, 2 milyon 36 min 203 ton (8,7% artım) yük idxal edilib. Eyni zamanda, 1 milyard 126 milyon 600 min ABŞ dolları (6,4% artım) dəyərində, 1 milyon 264 min 481 ton (8,2% artım) yük ixrac olunub.
Fuad Mədətov
Fins.az